Quba bölgəsi haqqında..
Quba rayonu Böyük Qafqaz dağlarının şimal-şərqində yerləşir.Quba Bakıdan 168 km məsafədə, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Quba rayonunun ərazisi 2574 km-dir əhalisi 160 mindən artıqdır. Tarixən Quba rayonu və ətraf rayonların əraziləri Quba xanlığı altında birləşmişdir. Quba xanlığının hökmdarlarından ən məhşuru olmuş Fətəli xan, Azərbaycanın pərakəndə xanlıqlarını özünün rəhbərliyi altında birləşdirmişdir.
Quba rayonu Azərbaycanın ən çox inkişaf etmiş kənd təsərrüfatı rayonlarından biridir. Burada yetişdirilən meyvə və tərəvəz məhsulları paytaxt bazarlarına həmçinin başqa ölkələrə ixrac olunur. Quba rayonunda yetişdirilən meyvə və tərəvəz növlərinin çox olmasına baxmayaraq "Quba meyvəsi" dedikdə ilk növbədə alma yada düşür.
Zəngin floraya malik olan Quba rayonu gözəl meşələri, başı qarlı dağları və axar çayları ilə yerli və xarici qonaqları bu regiona olan maraqını artırır.
Rayonun mərkəzindən 60 km məsafədə yerləşən 3000 il tarixə malik olan Xınalıq kəndi həmçinin Afurca
Read more